Biləsuvar xəstəxanasında azyaşlı inyeksiyadan şoka düşərək ölüb- YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Biləsuvar xəstəxanasında azyaşlı inyeksiyadan şoka düşərək ölüb- YENİLƏNİB


Biləsuvarda xəstəxanada 3 yaşlı uşağın ölüm səbəbi açıqlanıb.

TƏBİB-dən APA-ya verilən məlumata görə, daha öncə iyulun 13-də və 18-də sol qasıq nahiyəsində olan ağrılar səbəbilə 2022-ci il təvəllüdlü (kişi cinsli) azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına valideynləri tərəfindən gətirilib. Həkim-cərrahının müayinəsində olan azyaşlıya soltərəfli qasıq yırtığı diaqnozu təyin edilib:

"İyulun 21-də saat 15:00 radələrində cərrahi əməliyyat üçün hazırlanarkən azyaşlı anestezioloji preparatların inyeksiyası zamanı anaflaktik şok keçirib. Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 20:20 radələrində azyaşlının ölüm faktı qeydə alınıb".

***

18.29

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında azyaşlı ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, rayonun Xırmandalı kənd sakini, 2022-ci il təvəllüdlü Uğur Hacızadə əməliyyat olunması üçün xəstəxanaya gətirilib. Azyaşlı bir qədər sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Biləsuvarda xəstəxanada 3 yaşlı uşaq ölüb - YENİLƏNİB
Biləsuvar Mərkəzi Xəstəxanasında azyaşlı ölüb - ƏLAVƏ EDİLİB
Beyləqanda körpənin ölüm səbəbi məlum olub - YENİLƏNİB
Zaqatalada daha bir azyaşlı ölüb
Gəncədə azyaşlı xəstəxanada ölüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle