Biləsuvar Mərkəzi Xəstəxanasında azyaşlı ölüb - ƏLAVƏ EDİLİB
sizinxeber.az xəbər saytı

Biləsuvar Mərkəzi Xəstəxanasında azyaşlı ölüb - ƏLAVƏ EDİLİB


Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, rayonun Xırmandalı kənd sakini, 2022-ci il təvəllüdlü Uğur Hacızadə əməliyyat olunması üçün xəstəxanaya gətirilib.

3-4 saat sonra azyaşlı xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda azyaşlının ölümü ilə bağlı TƏBİB açıqlama verib.

"Sizinxeber.az"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, daha öncə iyulun 13-si və 18-də sol qasıq nahiyəsində olan ağrılar səbəbilə 2022-ci il təvəllüdlü azyaşlı oğlan uşağı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına valideynləri tərəfindən gətirilib. Həkim-cərrahının müayinəsində olan azyaşlıya soltərəfli qasıq yırtığı diaqnozu təyin edilib.

İyulun 21-də 15:00 radələrində cərrahi əməliyyat üçün hazırlanarkən azyaşlı anestezioloji preparatların ineksiyası zamanı anaflaktik şok keçirib.

Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 20:20 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.

Oxşar xəbərlər

Biləsuvarda xəstəxanada 3 yaşlı uşaq ölüb - YENİLƏNİB
Biləsuvar xəstəxanasında azyaşlı inyeksiyadan şoka düşərək ölüb- YENİLƏNİB
Biləsuvar Mərkəzi Xəstəxanasında azyaşlı ölüb
TƏBİB Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı açıqlama verib 
TƏBİB: Cəlilabadda ölən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle