Lənkəran sərhədində külli miqdarda narkotik aşkarlanıb
sizinxeber.az xəbər saytı

Lənkəran sərhədində külli miqdarda narkotik aşkarlanıb


Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sizinxeber.az-ya verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb.

Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucusu havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək üzərindəki bağlamaları atıb və geriyə qaçmağa nail olub.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi 18 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

İrandan Azərbaycana 18 kq narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana külli miqdarda narkotik keçirən 7 nəfərdən 1-i zərərsizləşdirilib, 3-ü saxlanılıb
Sərhəddən ölkəyə 32 kiloqram narkotik vasitənin keçrilməsinin qarşısı alınıb
İrandan PUA ilə 6 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
İrandan Azərbaycana PUA ilə narkotik keçirməyə cəhd edilib, 2 nəfər tutulub - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər