Sumqayıtda fəhlənin uçqun nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tikinti işləri zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Sumqayıt şəhərində yeni tikilən binalardan birində bədbəxt hadisə baş verib.
“Report”un yerli bürosu məlumat verir ki, şəhərin 10-cu mikrorayon ərazisində yerləşən tikinti sahəsində fəhlə dağıntılar altında qalıb.
Hadisə zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun dağıntılar altında qaldığı bildirilir. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda fəhlə dağıntılar altında qalıb
Sumqayıtda uçqun altında qalaraq ölən fəhlə ilə bağlı araşdırma aparılır - VİDEO - YENİLƏNİB-2
Sumqayıtda tikintidə fəhlə torpaq uçqunu altında qalaraq ölüb - VİDEO - YENİLƏNİB
Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - YENİLƏNİB
Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














