Bakı-Qazax magistralında yük maşını aşıb, taxıl yola dağılıb - FOTO - VİDEO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakı-Qazax magistralında yük maşını aşıb, taxıl yola dağılıb - FOTO - VİDEO - YENİLƏNİB


Hacıqabulda taxıl yüklü qoşqulu yük avtomobili aşıb.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 113-cü kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə aınıb. Taxılla yüklənmiş "Mercedes" markalı qoşqulu yük maşını idarəetməni itirərək beton arakəsməyə çırpılıb. Yük avtomobilinin qoşqusu aşıb və yük yerində olan 60 ton taxıl yola dağlıb.

Qəza nəticəsində magistral yolun paytaxt istiqamətində olan hissəsi bağlanıb. Həmin istiqamətdə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Alternativ olaraq avtomobillərin hərəkəti torpaq yolla davam edib. Yola dağılan taxıl yığılıb, qəzanın yol təsərrüfatına vurduğu fəsadlar aradan qaldırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

12.14

Bakı-Qazax yolunda qəza olub.

Sizinxeber.az-nın xəbərinə görə, hadisə yolun 113-cü kilometrliyində qeydə alınıb. Taxıl yüklü "Mercedes" markalı qoşqulu yük maşını aşıb.

Nəticədə avtomobildə olan taxıl yola dağılıb.

Yolda avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.

Oxşar xəbərlər

Şəmkirdə yük avtomobili beton arakəsməyə çırpılıb
Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var - FOTO
Bakı-Qazax yolunda qəza olub, ölənlər var - FOTO - YENİLƏNİB
Bakı-Qazax yolunda maşın aşıb, ölənlər var
Hacıqabulda qəza baş verib, 2 nəfər ağır xəsarət alıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle