Gəncədə yanğın xəstəxanada ciddi təşvişə səbəb olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
iy
2025
22:30
0
0
1 484
ff aaaaaaa

Gəncədə yanğın xəstəxanada ciddi təşvişə səbəb olub

21 iy, 2025
22:30
1 484

Gəncədə yanğın xəstəxanada ciddi təşvişə səbəb olub

Gəncə şəhərində Abbas Səhhət adına Birləşmiş Xəstəxanasının həyətində yanğın hadisəsi qeydə alınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, səhiyyə ocağında formalaşan tibbi tullantılar naməlum şəxs və ya şəxslər tərəfindən xəstəxananın həyətində yandırılıb.

Alov və tüstü xəstəxanada ciddi təşvişə səbəb olub və əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.

Alov qısa müddət ərzində söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul