Cəlilabadda su bəndində balıqların kütləvi tələf olduğu müəyyən edilib - FOTO
sizinxeber.az xəbər saytı

Cəlilabadda su bəndində balıqların kütləvi tələf olduğu müəyyən edilib - FOTO


Cəlilabadda göldə əsasən Daban və Çapaq balıq növlərinin tələf olduğu müəyyən edilib.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Həmdulla Əliyev şifahi olaraq bildirib ki, adı çəkilən Pərdi kəndində su bəndi əslində süni göldür və ora heç yerdən su gəlmir:

"İki il bundan əvvəl hər şey qaydasında idi. Yağışlar yağırdı göldə su olurdu və belə problemlər üzə çıxmırdı. Bu il quraqlıq olması ilə əlaqədar süni göl quruyub və balıqlar hava çatışmamazlıqdan məhv olub. Hazırda hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır".

Kənd Təsərrüfatı Nazirliyindən isə bildirildi ki, ilkin araşdirmalar zamanı, tələf olan, əsasən Daban balığı (Carassius carassius) və Çapaq (Rutilus rutilus) növlərinin olduğu müəyyən edilib. Hadisənin səbəblərini dəqiqləşdirmək məqsədilə göldən su nümunələri götürülüb, eləcə də ölmüş balıqlara pataloji yarma əməliyyatları aparılıb:

"Nümunələrin götürülməsi zamanı göldə suyun temperaturu 34°C olub. İlkin ehtimallara görə, balıqların kütləvi tələf olmasına səbəb kimi havaların kəskin istiləşməsi fonunda su hövzəsində oksigen çatışmazlığı göstərilir. Bu cür vəziyyətlər dayaz və durğun sularda balıqlar üçün təhlükə yaradır".

Araşdırmalar davam etdirilir, laborator nəticələr gözlənilir.

Oxşar xəbərlər

Cəlilabadda balıqların kütləvi ölümünün ilkin səbəbi açıqlanıb - YENİLƏNİB
Cəlilabadda baş verən qəzada sürücülər xəsarət alıb - FOTO
Cəlilabadda 53 yaşlı kişinin meyiti tapılıb
Cəlilabadda ana doğuşdan sonra dünyasını dəyişib
Cəlilabadda yeni inşa olunan piyada keçidi uçub - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər