Astarada zəncirvarı qəza olub - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
iy
2025
18:50
0
0
1 664
ff aaaaaaa

Astarada zəncirvarı qəza olub - FOTO

21 iy, 2025
18:50
1 664

Astarada zəncirvarı qəza olub - FOTO

Astarada 4 avtomobil toqquşub.

APA-nın cənub bürosu xəbər verir ki, ilkin məlumata görə, dönmə əməliyyatı zamanı "Opel" markalı avtomobil "Audi" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Ardınca həmin ərazidə “Mercedes” və “Moskviç” markalı avtomobillər də toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər 4 avtomobilə ziyan dəyib.

Əraziyə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları cəlb olunub.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul