Sumqayıtda sənaye müəssisəsində çilingəri elektrik cərəyanı vurub
sizinxeber.az xəbər saytı

Sumqayıtda sənaye müəssisəsində çilingəri elektrik cərəyanı vurub


Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü İsmayılov Orxan Bəşir oğlunu işlədiyi sənaye müəssisəsində elektrik cərəyanı vurub.

"Sizinxeber.az"un Sumqayıt bürosu xəbər verir ki, hadisə şəhərin 76-cı məhəllə ərazisində yerləşən müəssisədə qeydə alınıb.

Nəticədə elektrik çilingəri kimi fəaliyyət göstərən Orxan İsmayılov müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sumqayıtda ustanı elektrik cərəyanı vurub
Sumqayıt sakinini elektrik cərəyanı vuraraq öldürüb
Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub
Ağcabədi sakinini elektrik cərəyanı vuraraq öldürüb
Sabirabadda Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər