Beyləqanda narkotik və spirtli içkinin təsiri altında taksi sürən şəxs həbs edilib
Beyləqanda narkotik vasitə və spirtli içkinin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü sürücü həbs edilib.
APA xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Kia" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü İldırım Səfərova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb.
İ.Səfərov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 7 sutka inzibati qaydada həbs olunub.
Oxşar xəbərlər
Beyləqanda narkotik vasitənin təsiri altında olan taksi sürücüsü həbs edilib
Beyləqanda sərxoş halda maşın sürən şəxs həbs edilib
Beyləqanda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs edilib
Bərdədə narkotikin təsiri altında mikroavtobus sürən şəxs həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













