Naxçıvanda yük avtomobili yanaraq yararsız hala düşüb
sizinxeber.az xəbər saytı

Naxçıvanda yük avtomobili yanaraq yararsız hala düşüb


Naxçıvanda iri tonnajlı yük avtomobili partlayaraq yanıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Naxçıvan Hava Limanı ərazisinə yaxın hissəsində baş verib.

Belə ki, hərəkətdə olan bitumla dolu TIR-da anidən yanğın yaranıb və avtomobil partlayıb.

Dərhal hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri, canlı qüvvəsi, həmçinin polis əməkdaşları cəlb olunub.

Avtomobilin çox hissəsi yanaraq yararsız hala düşüb.

Oxşar xəbərlər

Şəmkirdə avtomobil yanaraq yararsız hala düşüb
Naxçıvanda yük avtomobili yanıb 
Şəkidə təmirə gələn avtomobil yanaraq yararsız hala düşüb
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
Şəmkirdə yük avtomobili yanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər