İranda saxlanılan avtobuslar Naxçıvana çatır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
iy
2025
22:50
0
0
1 228
ff aaaaaaa

İranda saxlanılan avtobuslar Naxçıvana çatır

20 iy, 2025
22:50
1 228

İranda saxlanılan avtobuslar Naxçıvana çatır

İran İslam Respublikasından keçən Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyətində problem aradan qaldırılıb.

Sizinxeber.az xəbər verir ki, avtobuslar müvəqqəti olaraq İranda saxlanılıb, lakin sonradan buraxılıblar.

Artıq avtobuslar Naxçıvana çatır.

AYNA-dan Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılsa da, 19 iyul tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib. Növbəti 3 avtobus ilə bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb. Artıq avtobuslar gömrük- keçid məntəqəsini keçərək marşrut üzrə hərəkətini davam etdirir.
Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul