"Naftalan"ın fəaliyyəti məhdudlaşdırılıb, araşdırmalara başlanıb
sizinxeber.az xəbər saytı

"Naftalan"ın fəaliyyəti məhdudlaşdırılıb, araşdırmalara başlanıb


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kürdəmir rayonu ərazisində yerləşən "Naftalan" ailəvi restoranda baş verən zəhələnmə hadisəsi ilə bağlı açıqlama yayıb.

Qurumdan "Report"a verilən məlumata görə, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus "Naftalan" ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Agentliyin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib.

Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.

İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb.

Faktla bağlı araşdırmalar davam edir.

01:45

Kürdəmir rayonunda növbəti zəhərlənmə hadisəsi qeydə alınıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən “Naftalan” istirahət mərkəzində qeydə alınıb.

Belə ki, rayonun Çərtəyəz kənd sakinləri istirahət mərkəzində qida qəbul etdikdən sonra evə yollanıblar.

Bu zaman evdə halı pisləşən biri uşaq olmaqla 5 nəfər - Ülviyyə Hətəm qızı Məhərrəmova (1986), Güllü Xəyyam qızı Məhərrəmova (2008), Aydın Xəyyam oğlu Məhərrəmli (2009), Sənan Cavanşir oğlu Məhərrəmov və Zöhrə Mədət qızı Məhərrəmova (1993) dərhal Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırıb.

Hazırda onların vəziyyəti orta ağır qiymətləndirilir.

Oxşar xəbərlər

Tovuzda zəhərlənmə baş verən ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Kürdəmirdə istirahət mərkəzində zəhərlənənlərin sayı 17 nəfərə çatıb, araşdırma başlanılıb - YENİLƏNİB-1
Tovuzda qidadan zəhərlənən 36 nəfər evə buraxılıb
Azərbaycanda toyda 5 nəfər zəhərləndi
Kürdəmirdə növbəti kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər