Kürdəmirdə istirahət mərkəzində zəhərlənənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Kürdəmirdə istirahət mərkəzində zəhərlənənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB


Xəbər verdiyimiz kimi, Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, sözügedən mərkəzdə qida qəbul edən daha 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlar Ülviyyə Hətəm qızı Məhərrəmova, Güllü Xəyyam qızı Məhərrəmova, Aydın Xəyyam oğlu Məhərrəmli, Zöhrə Mədət qızı Məhərrəmli və Sənan Cavanşir oğlu Məhərrəmovdur.

Zərərçəkənlərin vəziyyətləri orta ağır qiymətləndirilir. Qeyd edək ki, bu zərərcəkənlər eyni istirahət mərkəzində olsalar da digər məclisdə iştirak ediblər.


***
05:37

Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda keçirilən məclisdən sonra baş verib.

10-dan çox şəxs zəhərlənmə diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların şəxsiyyətləri müəyyən edilib:

- Ümüd İlkin oğlu Səlimli

- Firuzə Şaxtalı qızı Şirəliyeva

- Aydan Məmməd qızı Şirəliyeva

- Könül İlqar qızı Məmmədova

- Səadət Mehrab qızı Orucova

- Mübariz Ənnağı oğlu Şəmiyev

- Samirə Qara qızı Şəmiyeva

- Ramil Möhkəm oğlu Məmmədov

- Ümid Mübariz oğlu Şəmiyev

- Xatun Mübariz qızı Şəmiyeva

- Qurban Nizami oğlu Əsgərli

- Sultanlı Sehrayə İntiqam qızı

Hadisə yerinə aidiyyəti orqanların əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Oxşar xəbərlər

Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə baş verib
Kürdəmirdə növbəti kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
Ağstafada 4 nəfər dəm qazından zəhərlənib
Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər