Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələnib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
iy
2025
22:50
0
0
2 120
ff aaaaaaa

Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələnib

19 iy, 2025
22:50
2 120

Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələnib

Sumqayıt şəhərində tanışlar arasında baş verən münaqişə qanlı hadisəyə çevrilib.

APA-nın məlumatına görə, hadisə şəhərin 5-ci məhəlləsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Səmədov Rüfət Mirfəttah oğlu aralarında yaranmış mübahisə zəminində tanışı, 1975-ci il təvəllüdlü Gülalıyev Rauf Ağalar oğluna bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.Səmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul