19
iy
2025
01:50

yuxarı
Bakıda yol qəzası baş verib, xəsarət alan var - FOTO

Bakıda yol qəzası baş verib, xəsarət alan var - FOTO
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az xəbər verir ki, hadisə Yəhya Hüseynov küçəsində qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən "KIA" avtomobilinin sürücüsü sükana nəzarəti itirib və maşın yol kənarında dayanan "Mercedes"ə çırpılıb.
Nəticədə 1 nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.
Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Maşınlar yoldan götürülüb, qəzanın səbəbləri araşdırılır.
Fərid Yusifov