18
iy
2025
21:50

yuxarı
Qazaxda Ukrayna vətəndaşı çayda batıb - YENİLƏNİB

Qazaxda Ukrayna vətəndaşı çayda batıb - YENİLƏNİB
Qazaxda çayda boğularaq ölən şəxsin kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, Xram çayında boğularaq həyatını itirən şəxs Ukrayna vətəndaşı 1966-cı il təvəllüdlü Sergey Litvinovdur.
***
21:30
Qazax rayonunda çayda batan orta yaşlı kişinin meyiti sudan çıxarılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Xram çayının rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində baş verib.
Həyatını itirən şəxs Ukrayna vətəndaşı olan TIR sürücüsüdür. O, çayda çimən zaman boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.