18
iy
2025
19:50

yuxarı
Ucarda yol qəzasında ana və oğlu xəsarət alıb

Ucarda yol qəzasında ana və oğlu xəsarət alıb
Ucarda yol qəzası olub, xəsarət alanlar var.
Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qazıqumlaq kəndində baş verib.
"VAZ 2106" markalı minik avtomobili ilə "Hyundai" markalı avtomobil toqquşub. Nəticədə 1990-cı il təvəllüdlü Gülnarə Dosməmmədova və oğlu 2008-ci il təvəllüdlü Oruc Dosməmmədov xəsarət alıblar, onlar xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.