Ali Məhkəmə Meydan TV ilə bağlı qərarı qüvvədə saxlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
iy
2025
19:50

Ali Məhkəmə Meydan TV ilə bağlı qərarı qüvvədə saxlayıb

18 iy, 2025
19:50
610

Ali Məhkəmə Meydan TV ilə bağlı qərarı qüvvədə saxlayıb

Ali Məhkəmədə Meydan TV-yə blok qoyulması ilə bağlı verilən qərardan kassasiya şikayətinə baxılıb.

Vəkil Elçin Sadıqov Sizinxeber.az-ya bildirib ki, bu gün hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib və qətnamə qüvvədə saxlanılıb.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası əsasında 2017-ci il mayında "Azadlıq" qəzeti, "Azadlıq Radiosu", "Azərbaycan Saatı" proqramı, Turan TV və Meydan TV-nin saytının bloklanması barədə qərar çıxarıb.

Bakı Apelyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməyib.

Ali Məhkəmədə 2019-cu ildə verilmiş qərara əsasən, Meydan TV-yə blok qoyulması ilə bağlı qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Lakin məhkəmədə iddia yenidən təmin olunub və Meydan TV-nin ölkədə yayımına blok aradan qaldırılmayıb.

Bizimlə əlaqə saxlayın