Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
iy
2025
19:50

Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar

18 iy, 2025
19:50
570

Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar

Nəsimi rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bir qrup naməlum şəxs 24 yaşlı kişiyə fiziki zor tətbiq edərək mobil telefonunu talayıb. Əməli törətməkdə şübhəli bilinən 22 yaşlı M. Novruzlu və 40 yaşlı V. Hacıyev saxlanılıblar.

Həmçinin rayon ərazisində yerləşən bir gözəllik salonundan və bir marketdən oğurluqlar edilib, nəticədə zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurulub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Ə. Bədəlov və 44 yaşlı E. Bilalov saxlanılıblar.

Bundan başqa bir nəfərə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı M.Hüseynov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın