Baş prokuror Zaqatala rayonunda vətəndaşları qəbul edib
Baş prokuror Zaqatala rayonunda vətəndaşları qəbul edib.
Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 18-də Baş prokuror Kamran Əliyev Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala, Şəki, Qax, Balakən rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbulda iştirak edən 57 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib
Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib
Baş prokuror Zaqatalada vətəndaşları qəbul edib
Baş prokuror Sabunçuda vətəndaşları qəbul edib
Baş prokuror Şəkidə vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









