sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Təcridxanaya psixotrop maddə keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Penitensiar xidmətdən Sizinxeber.az-ya verilən məlumata görə, həbs olunmuş şəxs İsmayıl Aqil oğlu Gülməmmədova atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman şalvarının cibində gizlədilmiş 1 ədəd bükülüdə metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Oxşar xəbərlər
İstintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb
Təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Bakı istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Təcridxanaya mobil telefonların keçirilməsinin qarşısı alınıb
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








