Bu ilin altı ayı ərzində korrupsiya cinayəti törədən 10 şəxs iş başında yaxalanıb
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən bu ilin altı ayı ərzində 59 cinayət işi başlanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, keçirilmiş 12 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 7 nəfər saxlanılıb.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 113 şəxs barəsində 72 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 85 şəxs barəsində 54 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.
Oxşar xəbərlər
Ötən il korrupsiya ilə bağlı 43 şəxs cinayət başında yaxalanıb
Bu il korrupsiya əməlinə görə 25 nəfər cinayət başında saxlanılıb
Baş prokuror: Korrupsiya cinayəti törədən 25 nəfər cinayət başında yaxalanıb
Bir ildə korrupsiya ilə bağlı 158 cinayət işi məhkəmələrə göndərilib
Kamran Əliyev: Bu il korrupsiya ilə bağlı 36 əməliyyat keçirilib, 29 nəfər cinayət başında yaxalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













