Masallıda 21 yaşlı şəxs qonaq qaldığı evdən oğurluq edib
sizinxeber.az xəbər saytı

Masallıda 21 yaşlı şəxs qonaq qaldığı evdən oğurluq edib


Masallıda qonaq evi qarət edilib.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən evlərin birində baş verib.

Belə ki, polisə evdən 12 min manat dəyərində qızıl-zinət əşyaları və içərisindən 710 manat olan bank kartının oğurlanması barədə məlumat daxil olub.

Aparılan araşdırmalarla oğurluq hadisəsinin həmin evdə qonaq olmuş şəxs tərəfindən törədilməsi müəyyən edilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Fərman Babayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Masallıda qonaq evdən 12 min manatlıq qızıl oğurlayıb
Cəlilabadda qonaq qaldığı evdən oğurluq edən şəxs saxlanılıb
Yardımlıda mağazalardan 4500 manatlıq oğurluq edən şəxs saxlanılıb
Şirvanda beş evdən 53 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda evdən 9 min 950 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər