Məhkəmə beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə təqsirli bilinən şəxslə bağlı qərar verib
sizinxeber.az xəbər saytı

Məhkəmə beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə təqsirli bilinən şəxslə bağlı qərar verib


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Yusif Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Yusif Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əliyev Yusif Sultan oğlu DTX-də aparılan cinayət işi üzrə saxlanılıb.
Yusif Əliyevə elan edilmiş ittihamda onun “Telegram” və “WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədilə xarici ölkələrə köçürdüyü bildirilir. Habelə onun dini radikalizm və dini fanatizmlə əlaqədar digər cinayət əməlləri müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
Cinayət işi üzrə Yusif Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 283.1-1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə təqsirləndirilir.

Oxşar xəbərlər

Beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Məhkəmə Bəxtiyar Hacıyev barəsində qərar verib
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Nazim Bəydəmirlinin şikayəti üzrə qərar verilib
Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər