Bakıda körpə qızını amansızlıqla öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
sizinxeber.az xəbər saytı

Bakıda körpə qızını amansızlıqla öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub


Bakıda körpə qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Valeriy Tolmaçevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Valeriy Tolmaçev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Binəqədi rayonu ərazisində baş verib. İttihama görə, Valeriy Tolmacev Sevda Qocayeva ilə qeyri-rəsmi nikahdan dünyaya gələn 2023-cü il təvəllüdlü qızı Mədinə Tolmaçevanı (Qocayeva) qəsdən öldürüb. Hadisənin baş verməsinə səbəb kimi 1 yaşlı uşağın ağlayaraq atasının yatmasına mane olması göstərilib. O, sərxoş halda körpənin ağlamasından hiddətlənərək onun başını bir neçə dəfə divara çırparaq ölümünə səbəb olub.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9 (Qəsdən adam öldürmə — xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Qadınları şantaj edərək onlardan pul almaqda ittiham olunan şəxsə hökm oxunub
Samuxda həmkəndlisini yumruqla öldürən şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər