Bakıda 89 yaşlı atasını döyərək öldürən şəxsə 9 il həbs cəzası verilib
sizinxeber.az xəbər saytı

Bakıda 89 yaşlı atasını döyərək öldürən şəxsə 9 il həbs cəzası verilib


Bakıda atasını döyərək öldürməkdə təqsirləndirilən Emin Rəhimovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Emin Rəhimov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il aprelin 14-də baş verib. Belə ki, 1935-ci il təvəllüdlü İsmayıl Rəhimovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlanıb.

İstintaqla 1969-cu il təvəllüdlü Emin Rəhimov martın 19-da birgə yaşadıqları mənzildə atası İsmayıl Rəhimova baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla çoxsaylı xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Emin Rəhimova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Bakıda 89 yaşlı atasını döyərək öldürən şəxsin məhkəməsi başlayır
Bakıda 89 yaşlı atasını öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayır
Samuxda həmkəndlisini yumruqla öldürən şəxsə hökm oxunub
Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Atasını döyərək öldürməkdə təqsirləndirilən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər