Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanovun məhkəməsi başlayıb
sizinxeber.az xəbər saytı

Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanovun məhkəməsi başlayıb


Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Sizinxeber.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin qərarı ilə cinayət işi baxışa verilib. Baxış iclası iyulun 30-na təyin edilib.

Qeyd edək ki, Mirədalət Talışxanov DTX tərəfindən saxlanılıb.

Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun əvvəllər hüquq-mühafizə orqanlarında çalışması məlumdur.

Oxşar xəbərlər

MN-in Təlim və Tədris Mərkəzinin Tibb Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
Dövlətə xəyanətdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb
Qaçaqmalçılıqda təqsirli bilinən 3 "Duty free" işçisinin məhkəməsi başlayıb
Dövlətə xəyanətdə təqsirləndirilən Akif Bağırov nədə ittiham olunur? - MƏHKƏMƏ BAXIŞI
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən AXCP üzvlərinin məhkəməsi başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər