17
iy
2025
15:50
yuxarı
Ucarda yol qəzasında 4 nəfər xəsarət alıb
Ucarda yol qəzasında 4 nəfər xəsarət alıb
Ucarda yol qəzası olub, xəsarət alanlar var.
Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qaradağlı kəndindən keçən hissəsində baş verib. "Hyundai" və "Ford" markalı avtomobillər toqquşub. Nəticədə 4 nəfər - 1991-ci il təvəllüdlü Şərqiyyə Fikrət qızı Quliyeva, 1993-cü il təvəllüdlü İlkin Əlişad oğlu Rəsulov, 1979-cu il təvəllüdlü Kamalə Mirzəhüseyn qızı Rəsulova və 1972-ci il təvəllüdlü Pərvanə Məhəmməd qızı Rəsulova xəsarət alıb. Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.