Məhkəmə həbsdə olan vəkil Adəm Məmmədov və qardaşı barəsində qərar verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
iy
2025
18:50

Məhkəmə həbsdə olan vəkil Adəm Məmmədov və qardaşı barəsində qərar verib

16 iy, 2025
18:50
685

Məhkəmə həbsdə olan vəkil Adəm Məmmədov və qardaşı barəsində qərar verib

Həbsdə olan vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində olan qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Vəkil Cavidan Osmanlının Sizinxeber.az-ya verdiyi məlumata görə, qərar dəyişdirilmədən qüvvədə saxlanılıb. Adəm Məmmədovla bağlı hökm qüvvəyə mindiyi üçün o, cəzaçəkmə müəssisəsinə köçürüləcək.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onun qardaşı Xəyyam Məmmədovu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində vəkil Ceyhun Yusifov xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edib. Onlar Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli biliniblər.

İttihama görə, Adəm Məmmədov və qardaşı özlərinə məxsus saytda Ceyhun Yusifovu ağır cinayətdə ittiham edib, ona böhtan atıblar.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun vəkillik fəaliyyəti 3 ay müddətinə dayandırılıb.
Vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27 .11.2024 tarixdən 1 illik dayandırılıb.

Bizimlə əlaqə saxlayın