Cəlilabadda meşə yanğını qeydə alınan ərazidə helikopterlər müşahidə uçuşu aparacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
iy
2025
08:30

Cəlilabadda meşə yanğını qeydə alınan ərazidə helikopterlər müşahidə uçuşu aparacaq

16 iy, 2025
08:30
586

Cəlilabadda meşə yanğını qeydə alınan ərazidə helikopterlər müşahidə uçuşu aparacaq

Cəlilabad rayonunda meşə yanğını qeydə alınan ərazidə helikopterlər müşahidə uçuşu aparacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin iki helikopteri ötən gündən rayon ərazisindədir.

Həmçinin meşə yanğını olan ərazidə növbətçi yanğınsöndürənlər xidmət aparır.

Qeyd edək ki, iyulun 15-də günorta saatlarında baş verən meşə yanğını axşam saatlarında məhdudlaşdırılıb.

Bizimlə əlaqə saxlayın