16
iy
2025
03:50
yuxarı
Bakıda Xocahəsən gölü ətrafında yanğın baş verib - FOTO - VİDEO
Bakıda Xocahəsən gölü ətrafında yanğın baş verib - FOTO - VİDEO
Bakının Yasamal rayonu ərazisində, Xocahəsən gölü yaxınlığında yanğın baş verib.
APA xəbər verir ki, hadisə yerinə çoxsaylı Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının miqyası və səbəbi barədə hələlik rəsmi məlumat verilməyib.
Hazırda yanğının söndürülməsi və ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir.