Lənkəranda ferma yanıb
sizinxeber.az xəbər saytı

Lənkəranda ferma yanıb


Lənkəranda iş adamına məxsus ferma yanıb.

"Sizinxeber.az"un cənub bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun İstisu qəsəbəsində tanınmış fermer təsərrüfatında baş verib.

Əraziyə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

2 000 kv.m. sahəni əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb.

Qısa müddətdə yanğın lokallaşdırılıb.

Meşə zolağı və 5 ədəd kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.

Hazırda yanğının tam qarşısını almaq üçün işlər davam etdirilir.

Oxşar xəbərlər

Lənkəranda baş verən yanğında 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb
Bakıda ferma yanıb
Lənkəranda ikimərtəbəli yaşayış evi yanıb
Salyanda qəbiristanliq yanıb
Lənkəranda ikimərtəbəli ev yanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər