İmişlidə Araz çayında batan uşağın meyiti tapılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İmişlidə Araz çayında batan uşağın meyiti tapılıb - YENİLƏNİB


İyulun 14-də Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində batması ehtimal edilən 1 nəfərin (uşaq) axtarışları yekunlaşıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində vətəndaşın meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

16.11

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Samuxda süni sututarda 1 nəfər batıb - YENİLƏNİB
Kürdə bir nəfər batıb
Araz çayının Saatlıdan keçən hissəsində batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Araz çayında batan şəxs 17 yaşlı gənc olub - YENİLƏNİB
Ağcabədidə kanalda batması ehtimal olunan şəxsin axtarışları davam edir - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər