Şəkidə yol qəzasında sürücü ölüb, 81 yaşlı qardaşı xəsarət alıb
sizinxeber.az xəbər saytı

Şəkidə yol qəzasında sürücü ölüb, 81 yaşlı qardaşı xəsarət alıb


Şəkidə yol qəzası baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün Şəkinin Çeşməli kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, 1952-ci il təvəllüdlü Balakən rayon sakini Yusif Muradovun idarə etdiyi "Lada Prioara" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı kolluq əraziyə girib. Hadisə zamanı sürücü Y. Muradov dünyasını dəyişib. Y. Muradovun meyiti Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq təcili yardım briqadasına təhvil verilib.

İlkin müayinə zamanı Y. Muradovun sükan arxasında ürək tutmasından öldüyü məlum olub.

Avtomobildə olan sərnişin, sürücünün qardaşı, 81 yaşlı Ziyafəddin Muradov xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəkidə yük maşını aşıb, ölən və xəsarət alan var - FOTO
Şəkidə avtomobilin aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Şəkidə yol qəzası olub, ölən var
Şəkidə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alan var
Şəkidə avtomobil aşıb, xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər