Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb - VİDEO - YENİLƏNİB 3 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
iy
2025
00:50

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb - VİDEO - YENİLƏNİB 3

02 iy, 2025
00:50
688

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb - VİDEO - YENİLƏNİB 3

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb.

Sizinxeber.az xəbər verir ki, Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski bu gün axşam saatlarında Rusiya təhlükəsizlik qüvvələri tərəfindən saxlanmış, oğlu daha sonra sərbəst buraxılmışdı.

Şahin Şıxlinskinin azad edilməsi barədə xəbəri Diasporla İş üzrə Dövlət Komitəsindən Sizinxeber.az-ya təsdiqləyiblər.

***

23:52

“Hesab edirəm ki, bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir”

Sizinxeber.az xəbər verir ki, bunu polis tərəfindən saxlanılan Yekaterinburqdakı Azərbaycan diasporu rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski deyib.

Onun sözlərinə görə, onlar “Baku Plaza” otelinə yaxınlaşarkən hüquq mühafizə orqanlarının əməkdaşları yolu kəsib və onların olduğu avtomobilin şüşələrini sındırmağa başlayıb.

"Düşünürəm ki, bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir. Əvvəlcə bunun hücum olduğunu düşündüm, qorxdum və arxaya çəkildim. Sonra bizi avtomobildən çıxardılar. Hər ikimizin vəkili olduğunu izah etməyə, niyə saxlandığımızı soruşmağa çalışdım. Cavabında mənə dedilər ki, sus. 3-4 dəqiqədən sonra məni sərbəst buraxdılar, atamı isə Sverdlovski vilayətinin İstintaq Komitəsinə apardılar. Hansı əsasla şahidi Rusiyanın İstintaq Komitəsinə bu şəkildə aparmaq qərarına gəldiklərini anlamıram. Bu, bizə qarşı qanunsuz hərəkətlərdir. Atamın hansı xəsarətlər aldığını bilmirəm.", - o deyib.

Onun sözlərinə görə, Şahin Şıxlinskinin statusu dəyişməyib və o, hələ də Yunis Paşayev (2001) və İkram Hacıyevin (2011) qətli işi üzrə şahiddir.

Qeyd edək ki, daha əvvəl məhz bu iş üzrə aparılan reydlər zamanı Səfərov qardaşları dünyasını dəyişib.

***

21:33

Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski sərbəst buraxılıb.

Sizinxeber.az xəbər verir ki, Mutvali Şıxlinski bildirib ki, atası ilə birlikdə saxlanılandan bir müddət sonra onu sərbəst buraxıblar.

Mutvali Şıxlinski atasının Rusiya İstintaq İdarəsinin Sverdlovsk vilayəti üzrə idarəsinə aparıldığını deyib.

Onun sözlərinə görə, atası Səfərovların ölümü ilə bağlı cinayət işi üzrə şahid qismində istintaqa cəlb olunub.

***

20:41

Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskı və oğlu Mutvali Şıxlınski saxlanılıb.

Bu barədə Sizinxeber.az-ya Yekaterinbuqdakı azərbaycanlılar məlumat verib.

Bizimlə əlaqə saxlayın