
Birliyin baş direktoru Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin ekspertizası barədə danışıb

Birliyin baş direktoru Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin ekspertizası barədə danışıb
"Meyitlərin (Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının. - red) hansı morqa aparılacağı Azərbaycana gətirildikdən sonra müəyyən olunacaq".
Bu barədə Sizinxeber.az-ya açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov məlumat verib.
“Əgər meyit bir ölkədən başqa bir ölkəyə gətirilirsə, həmin ölkədə də yaxınlarının tələbi əsasında hüquq mühafizə orqanlarının qərarı ilə məhkəmə-tibbi ekspertiza aparıla bilər. Əgər Azərbaycanda aparılan ekspertiza rəyi Rusiyada verilən rəylə üst-üstə düşməsə, bu artıq hüquqi prosedurları tələb edən məsələdir. Belə hallarda müvafiq araşdırmalarla hüquq-mühafizə orqanları və prokurorluq məşğul olur”, – Ədalət Həsənov əlavə edib.