Yekaterinburqda amansızlıqla öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verilib - FOTO - VİDEO - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
in
2025
14:50

Yekaterinburqda amansızlıqla öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verilib - FOTO - VİDEO - YENİLƏNİB

30 in, 2025
14:50
317

Yekaterinburqda amansızlıqla öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verilib - FOTO - VİDEO - YENİLƏNİB

Yekaterinburqda vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələri yaxınlarına təhvil verilib.

Bu barədə APA-nın Rusiya bürosu xəbər verir.

Qeyd edək ki, meyitlərin üzərində zorakılıq əlamətləri var.

Cənazələr morqdan təhvil alınandan sonra qohumları onlara baxış keçiriblər. Hər iki cənazənin, xüsusi ilə də Hüseyn Səfərovun üz və bədən nahiyyələrində kəsilmiş deşilmiş yaralar, hematomalar müşahidə olunub.

Qeyd edək ki, hazırda Ziyəddin və Hüseyn Səfərovların cənazaləri hava limanına aparılır. Oradan Yekaterinburq-Bakı aviareysi ilə Azərbaycana yola salınacaq.

***

11:54

Yekaterinburqda iyunun 27-də vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələrinin təhvil verilməsi prosesinə başlanılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqundan almasını həyata keçirir.

Hazırda cənazələrin təhvil alınması üçün sənədləşmə işləri aparılır.

Bizimlə əlaqə saxlayın