Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
in
2025
14:00

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

30 in, 2025
14:00
317

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Moskalkova Yekaterinburda baş vermiş hadisə ilə bağlı ölkəsinin Baş Prokurorluğuna müraciət edib.

APA Rusiya mediasına istinadən xəbər verir ki, Moskalkova deyib ki, Rusiya Federasiyasının Baş Prokurorluğuna həbsin qanuniliyini və əsaslılığını, habelə cinayət törətməkdə şübhəli bilinən şəxslərin və qurbanların hüquqlarına riayət olunmasını yoxlamaq üçün vəsatətlə müraciət edib.

Rusiya Ombudsmanı məsələ ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliyevanın ona müraciət etdiyini xatırladıb.

Qeyd edə ki, Səbinə Əliyeva Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hücumlarla bağlı Rusiya Ombudsmanına müraciət edib.

Bizimlə əlaqə saxlayın