Rüşvət müqabilində çağırışçıları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəli şəxslərin məhkəməsi başlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
in
2025
12:50

Rüşvət müqabilində çağırışçıları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəli şəxslərin məhkəməsi başlayıb

30 in, 2025
12:50
315

Rüşvət müqabilində çağırışçıları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəli şəxslərin məhkəməsi başlayıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kaiptan Xalid Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Ramil Şükürovun vəkili Abbas Atakişiyev işə yeni qoşulduğunu deyib, işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Təqsirləndirilən Ramil Şükürovun vəkili Ceyhun Yusifov müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün vəsatət verib. Vəkil bildirib ki, Ramil Şükürov ağır ürək xəstəsidir. O, məhkəmə zalına müalicə mərkəzindən gətirilib. O, iyunun 23-də Mərkəzi Gömrük Hospitalında müayinədən keçib. O, həmin sənədin işə əlavə edilməsini, öhdəliyində azyaşlı övladının olmasını nəzərə almağı xahiş edib.

Müdafiə tərəfi qeyd edib ki, təqsirləndirilən şəxslər eyni maddələr üzrə ittiham olunur. Xaliq Əzimov və Emil Nəbiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, Ramil Şükürov isə həbs edilib.

Dövlət ittihamçısı isə deyib ki, Ramil Şükürova əlavə ağırlaşıdırıcı ittiham irəli sürülüb və o, rəis vəzifəsində çalışıb.

Məhkəmə müşavirə edib, işlə tanış olması üçün vəkilə vaxt verilməsi vəsatəti təmin edilib.

Təqsirləndirilən Ramil Şükürov barəsində həbs qətimkan qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təmin edilməyib.

Məhkəmənin hazırlıq iclası iyulun 11-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, Xalid Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ittiham irəli sürülüb.

Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın