Pirşağı qəsəbəsində baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
in
2025
18:50

Pirşağı qəsəbəsində baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

29 in, 2025
18:50
723

Pirşağı qəsəbəsində baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

18:02

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində biçilmiş taxıl sahəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın