MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
iy
2026
22:17
ff aaaaaaa

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

15 iy, 2026
22:17
265

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə yeni dövlət rüsumları olacaq.

Sizinxeber.Az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın verilməsinə görə 50 manat manat, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsinə görə 10 manat, toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə (bir sənəd) 25 manat dövlət rüsumu müəyyənləşir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul