Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir... » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
apr
2026
20:55
ff aaaaaaa

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

29 apr, 2026
20:55
952

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

Azərbaycanda dövlət satınalmaları üzrə müqavilələrdə dəyişiklik imkanları məhdudlaşdırılmalıdır.

Axar.az xəbər verir ki, bu təkliflə Hesablama Palatası 2025-ci ildəki fəaliyyətinə dair hesabatda çıxış edib.

Qurum hesab edir ki, mövcud qanunvericiliyə əsasən satınalma müqaviləsi qüvvəyə mindikdən sonra onun şərtlərinin dəyişdirilməsi əsasən məhdudlaşdırılsa da, bəzi hallarda bu müddəalardan sui-istifadə edilir.

Bildirilib ki, xüsusilə müqavilənin icra müddəti və məbləği ilə bağlı dəyişikliklər satınalan təşkilatlarla təchizatçılar arasında əvvəlcədən razılaşdırılmış şəkildə digər iştirakçılar üçün məhdudiyyətlərin yaranmasına və qiymət üstünlüyünün əldə olunmasına səbəb ola bilər.

Hesabata görə, təkliflərin qiymətləndirilməsində əsas meyarlardan biri olan icra müddətinin sonradan dəyişdirilməsi satınalmaların şəffaflığına və rəqabət mühitinə mənfi təsir göstərir.

Bundan əlavə, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi hallarında tətbiq olunmalı cərimələrin qanunvericilikdə dəqiq tənzimlənməməsi tərəflərin öhdəliklərə qeyri-ciddi yanaşmasına və satınalmaların effektivliyinin azalmasına gətirib çıxarır.

Hesablama Palatası bu səbəbdən satınalma müqavilələrində dəyişiklik imkanlarını nəzərdə tutan müddəaların sərtləşdirilməsini, müqavilə müddətinə dəyişikliklərin hansı hallarda mümkün olmasının dəqiq müəyyənləşdirilməsini və cərimə mexanizmlərinin qanunvericilikdə aydın şəkildə təsbit olunmasını təklif edir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul