40 il sonra yenidən Ermənistanda: ermənicə sərbəst danışır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
apr
2026
17:34
0
0
1 015
ff aaaaaaa

40 il sonra yenidən Ermənistanda: ermənicə sərbəst danışır

29 apr, 2026
17:34
1 015

40 il sonra yenidən Ermənistanda: ermənicə sərbəst danışır

Xəbər verdiyimiz kimi, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.

Axar.az Unikal-a istinadla xəbər verir ki, Şahin Mustafayevin İrəvana səfəri fonunda Ermənistan mətbuatı ona yenidən diqqət çəkib.

Qeyd olunub ki, Ş.Mustafayev erməni dilində sərbəst danışır. O, 40 ildən sonra yenidən Ermənistana gedib.

Şahin Mustafayev Ermənistanda doğulub və orada təhsil alıb. Bildirilir ki, Mustafayevlər ailəsi Barana (Noyemberyan) rayonunun Cucevan kəndində yaşayan yeganə azərbaycanlı ailə olub.

Şahin Mustafayevin atası Cucevana Azərbaycan kəndlərinin birindən köçüb və mal-qara saxlamaqla məşğul olub. Ş.Mustafayev 1965-ci ildə Ermənistanda anadan olub. 8-ci sinfə qədər kənd məktəbində oxuyub, 9 və 10-cu sinifləri isə İncəsuyun (Noyamberyan) 2 nömrəli məktəbində təhsil alıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul