Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
apr
2026
21:08
0
0
1 195
ff aaaaaaa

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

22 apr, 2026
21:08
1 195

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

Cinayət Məcəlləsində nəzərdə tutulan hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı cəzalara yenidən baxılacaq.

Sizinxeber.Az Trend-ə istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib.

Cinayət Məcəlləsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Burada “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.

Yeni qərara görə isə, Cinayət Məcəlləsinin yuxarıdakı maddəsinin cinayət tərkibinin aydın və birmənalı şəkildə müəyyənləşdirilməsi istiqamətində təkmilləşdirilməsi Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə tövsiyə edilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul