Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
mar
2026
19:00
0
0
1 108
ff aaaaaaa

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

16 mar, 2026
19:00
1 108

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

Azərbaycanın beynəlxalq axtarışa verdiyi vətəndaşı Zaməddin Bəfadar oğlu İbrahimov Rusiyadan ekstradisiya edilib.

Bu barədə Sizinxeber.Az-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, Rusiya Baş Prokurorluğu Azərbaycan tərəfinin vəsatətini təmin edib və Z.İbrahimov bu ölkə ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəyə gətirilib.

Xatırladaq ki, Sumqayıt Hərbi Prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Z.İbrahimovun dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o, istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.


Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul