Gəncədə təyyarəyə minmək üçün saxta PCR testləri hazırlanıb: Saxlanılanlar var - RƏSMİSizinxeber.az – Azərbaycan Xəbərləri

23 Temmuz 2021 - 19:09
www.kirikhanolay.com.tr
Gulet Boat best beaches Turkey Turkey Yacht service Yacht Agency Marmaris Marmaris Turkey https://rentyachtturkey.com/

Gəncədə təyyarəyə minmək üçün saxta PCR testləri hazırlanıb: Saxlanılanlar var – RƏSMİ

Gəncədə təyyarəyə minmək üçün saxta PCR testləri hazırlanıb: Saxlanılanlar var – RƏSMİ
Son Güncelleme :

11 İyun 2021 - 12:48

Bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oxygen” klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar yayılıb. COVID-19 testinin nəticələrinə dair tibbi arayışların saxta olması faktına görə cinayət işi başlandı.
Bu barədə Oxu.Az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, prokurorluqda aparılan araşdırma zamanı müəyyən edilib ki, “ƏSR” və “Arkan Tour” MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilib.
Belə ki, 96 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə “Oxygen” və “Leyla Medical Center” klinikalarının məlumatı olmadan həmin tibb müəssisələrinin adından tərtib edilmiş neqativ test nəticələri ilə bağlı saxta sənədlərin əldə edilməsinə və həmin saxta sənədlərin sərnişinlərə müəyyən məbləğdə pul vəsaiti müqabilində təqdim edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilənlərlə bağlı fakta görə “ƏSR” və “Arkan Tour” MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.

Bax Azerbaycandan Gelip Seni Sikerem