Fransa XİN-dən senatın qalmaqallı qərarına münasibət: “Heç kimə fayda verməyəcək”Sizinxeber.az – Azərbaycan Xəbərləri

22 Ocak 2021 - 12:43

Fransa XİN-dən senatın qalmaqallı qərarına münasibət: “Heç kimə fayda verməyəcək”

Fransa XİN-dən senatın qalmaqallı qərarına münasibət: “Heç kimə fayda verməyəcək”
ƏLAVƏ OLUNUB :

25 Noyabr 2020 - 22:26

Fransa XİN-dən senatın qalmaqallı qərarına münasibət: “Heç kimə fayda verməyəcək”
Fransa XİN senatın Dağlıq Qarabağla bağlı qalmaqallı qərarına münasibət bildirib.
TASS-ın məlumatına görə,  bu barədə Fransa Xarici İşlər Nazirliyi yanında dövlət katibi Jan-Batist Lemuan danışıb.
O, bildirib ki, Qarabağın təktərəfli qaydada tanınması heç kimə fayda verməyəcək və vasitəçilik səylərinə xidmət etməyəcək. Dövlət katibi bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir və 9 noyabrda tərəflərin atəşkəslə bağlı razılaşmasının yerinə yetirilməsi mövqeyindən çıxış edir.
Xatırladaq ki, Fransa senatında qəbul edilmiş qətnamə tövsiyə xarakteri daşıyır və hökumət tərəfindən yerinə yetirilməsi mütləq deyil.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.