Erməni vandalizmi nəticəsində terrora məruz qalan Qarabağ meşələri ilə bağlı VACİB ADDIM - VİDEOSizinxeber.az – Azərbaycan Xəbərləri

24 Ocak 2021 - 05:28

Erməni vandalizmi nəticəsində terrora məruz qalan Qarabağ meşələri ilə bağlı VACİB ADDIM – VİDEO

Erməni vandalizmi nəticəsində terrora məruz qalan Qarabağ meşələri ilə bağlı VACİB ADDIM – VİDEO
ƏLAVƏ OLUNUB :

18 Noyabr 2020 - 16:52

Erməni vandalizmi nəticəsində terrora məruz qalan Qarabağ meşələri ilə bağlı VACİB ADDIM – VİDEO
Noyabrın 18-də “DAVAM” Ümumrespublika Gənclər Hərəkatı “Qarabağ meşələrini qoruyaq!” adlı beynəlxalq kampaniyaya start verdiyini bildirib. 
Baku TV xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında “DAVAM” Ümumrespublika Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, idarə heyətinin üzvləri Sabir Rüstəmov və Reyhan Camalova iştirak ediblər. 
Qeyd edilib ki, “DAVAM” Ümumrespublika Gənclər Hərəkatı düşmənin bu addımlarını beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq, ekologiya və ətraf mühitin mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilatlara və siyasi təsisatlara Azərbaycan ərazilərində baş verən bu ekoloji terrora münasibət bildirmələri və Ermənistana beynəlxalq təzyiqin göstərilməsi üçün çağırışlar edəcək. 
Birləşmiş Millətlər Təşkilatı, Avropa Parlamentinin Yaşıllar – Azad Avropa Birliyi fraksiyası, bu fraksiyada təmsil olunan 16 üzv ölkənin Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Finlandiya, Fransa, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, İspaniya və İsveçin yerli partiyalarına real vəziyyəti əks etdirən məktub və xüsusi dizaynda hazırlanmış təqdimatlar göndəriləcək. 
Bildirilib ki, bu işlərə paralel olaraq, 16 noyabr axşam saat 21:00-dan etibarən “DAVAM” Ümumrespublika Gənclər Hərəkatının üzvləri “Facebook”, “Twitter” və “Instagram” üzərindən #StopArmenianEcoTerrorism həştəqi ilə paylaşımlar edərək, sosial media istifadəçilərinin, beynəlxalq təşkilatların və media qurumlarının diqqətini bu mövzuya cəlb etməyə çalışır.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.