Ekspertdən Qarabağla bağlı mühüm çağırışSizinxeber.az – Azərbaycan Xəbərləri

22 Ocak 2021 - 18:04

Ekspertdən Qarabağla bağlı mühüm çağırış

Ekspertdən Qarabağla bağlı mühüm çağırış
ƏLAVƏ OLUNUB :

22 Noyabr 2020 - 13:27

İşğaldan azad olmuş ərazilərə dəymiş ziyanın qiymətləndirilməsi üçün müstəqil komissiyası yaradılır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu yayıb.

O bildirib ki, dünyanın nüfuzlu media qurumlarında da yayılan videolarda ermənilərin Azərbaycana bilərəkdən, intiqam məqsədi ilə vurduqları ziyanların həcminin çox böyük olduğu görünür:

“Hətta Misir ordusu Şimali Sinayda vəhşiliklər edib bu qədər bina yıxmamışdı, amma buna baxmayaraq, “Human Right Watch” orda monitorinqlər aparıb, hesabatlar dərc etdi.

Qarabağda ermənilər daşı-daş üstündə qoymayıb, qəbir daşlarından tutmuş binalara qədər, hər şeyi yıxıblar, dağıdıblar”.

Q.İbadoğlu Azərbaycana dəymiş ziyanın hesablanması üçün müstəqil komissiyanın qurulması vacibliyini bu cür izah edib:

“Adətən beynəlxalq məhkəmələr və insan haqlarının müdafiəsi təşkilatları hökumətin hesablamalarına inanmır, müstəqil mənbələrə istinad edirlər. Odur ki, iqtisadiyyat, statistika və ekonometrika sahəsində təhsil alan, tədqiqat aparan və dərs deyən gənclərdən ibarət müstəqil qiymətləndirici qrup yaratmaq təşəbbüsünü irəli sürürəm. Özüm əvvəldən sonadək bu qrupda olacam. Kimlərsə bu tədqiqata və qiymətləndirmə işinə töhfə vermək qabliyyətində və marağındadırsa, xahiş edirəm ki, mənimlə əlaqə saxlasın”.

Ekspert qeyd edib ki, işçi qrupunu formalaşdırmaq üçün “Zum” müzakirəsi 25 noyabrda Bakı vaxtı ilə saat 22-də, Avropa vaxtı ilə 19-da, ABŞ vaxtı ilə (Eastern) saat 1 pm-də planlaşdırılıb.

Q.İbadoğlu vaxt itirməmək, bu işə bir an tez başlamaq lazım olduğunu da bildirib və hamıya çağırış edib.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.